BAKI, 27 avqust. TELEQRAF

Rusiyanın Novorossiysk şəhərində Türkiyədən gələn gəmidə nasist Almaniyasının lideri Adolf Hitlerin tərcümeyi-halı tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayılıb.

İddiaya görə, Rusiyada qadağan edilmiş bu və digər bütün kitablar türk dilində olub:

“Ekipaj üzvlərindən birinin şəxsi əşyaları arasında 5 qadağan olunmuş kitab, o cümlədən Hitlerin fotosu və nasizmin simvolları olan ideoloji manifest olub. Məlum olub ki, qadağan olunmuş tərcümeyi-hal 2018-ci ildə İstanbul mətbəəsində çap edilib.

Türkiyə vətəndaşının Rusiya tətbiq olunan qadağalara əməl etmədiyinə görə məsuliyyətə cəlb edilməsi planlaşdırılır”.