BAKI, 22 iyul. TELEQRAF

Polşa hökuməti sakinlər üçün müharibə və ya təbii fəlakət halında edilməli olan hərəkətlər siyahısını hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin qeyd edir ki, Polşa hakimiyyəti milli təhlükəsizlik zəmanətlərinə nail olmaq və Ukraynada münaqişə də daxil olmaqla təhdidlərin yayılması halında fəsadları minimuma endirmək məqsədilə təlimat hazırlayır. Qeyd olunur ki, siyahı 40 səhifədən ibarətdir və içməli suyun əldə edilməsi üzrə məsləhətləri, hava axınının təsiri və ya elektrik enerjisinin kəsilməsi halında hərəkətləri, həmçinin bomba sığınacağının tapılması üzrə tövsiyələri əhatə edir.

Nəşr qeyd edib ki, bu, Polşa hakimiyyətinin müharibə halı üçün əhalinin məlumatlandırılması istiqamətində ilk cəhdidir. Siyahının sentyabr ayında polyak dilində dərc ediləcəyi, daha sonra isə ingilis dilinə tərcümə olunacağı gözlənilir.