BAKI, 18 iyul. TELEQRAF

Rusiya ordusu son həftələrdə həyata keçirdiyi gecə zərbələri nəticəsində Kiyevdə yerləşən “Artem” hərbi zavodu ciddi şəkildə zədələnib.

Teleqraf xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata əsasən, hava raketləri və təyyarələr üçün avadanlıq istehsal edən “Artem” zavoduna endirilən zərbələr ərazidə böyük dağıntılara səbəb olub.

Agentliyin mənbələrindən biri bildirib ki, son zərbələr nəticəsində Kiyevdə bir sıra sənaye və hərbi obyektlər tamamilə dağıdılıb.

Mənbənin özlərinə görə, zavodun ətrafı hazırda “qatlanmış katakombaları” xatırladır.

Hazırda dağıntıların dəqiq miqyası və itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb.