BAKI. 12 iyul. TELEQRAF
Polşa müttəfiqləri ilə birlikdə növbətçi qırıcı təyyarələrini havaya qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə respublikanın Silahlı Qüvvələrinin Operativ Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
Bu addımın Rusiya hərbi aviasiyasının müşahidə olunan fəallığı ilə əlaqədar olaraq atıldığı iddia edilir.
Qeyd edək ki, bu gecə Ukraynanın ərazisinin böyük hissəsində hava həyəcanı elan edilib.