BAKI, 10 iyul. TELEQRAF
Bu gün İtaliyanın paytaxtı Romada Ukraynanın bərpası üzrə konfrans (URC2025) keçirilir.
Teleqraf xəbər verir ki, tədbir iki gün davam edəcək.
Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından bəri Ukraynanın sürətli bərpası və uzunmüddətli yenidən qurulmasına həsr olunmuş yüksək səviyyəli siyasi tədbirlərin dördüncüsüdür.
Konfransda hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, biznes nümayəndələri, region və bələdiyyə rəhbərləri, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcəklər.
Tərəflər Ukraynanın dayanıqlığının gücləndirilməsi və ölkənin gələcəyinin təmin olunması naminə ortaq öhdəlik ətrafında bir araya gəlirlər.
Qeyd edək ki, konfrasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin muavini Yalçın Rəfiyev başçılıq edir.