BAKI, 10 iyul. TELEQRAF

Kiyev kütləvi hücuma məruz qalıb.

Teleqraf Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir ki, Rusiya Ukrayna paytaxtına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirir.

"Kiyev "Geran" dronlarının kütləvi hücumuna məruz qalıb: Şevçenkovski və Darnitski rayonlarında yanğınlar baş verib", - məlumatda deyilir.

Hücumun bütün gecə boyu davam edəcəyi gözlənilir.