BAKI, 10 iyun. TELEQRAF

Polşanın daxili işlər naziri Tomaş Semonyak və onun almaniyalı həmkarı Aleksandr Dobrindt Ukrayna qaçqınlarının sosial dəstək sistemlərindən asılılığının azaldılmasının əhəmiyyətli olduğunu vurğulayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb.

“Nazirlər Polşa və Almaniyada sığınacaq tapmış ukraynalı müharibə qaçqınları üçün Avropa İttifaqı (Aİ) büdcəsindən daha çox maliyyə ayrılmasını gözləyirlər. Qaçqınların sosial dəstək sistemindən asılı olmaması üçün əlavə səylər göstərilməlidir”, - DİN-in məlumatında deyilir.