BAKI, 10 iyun. TELEQRAF

Rusiya ordusu Odessaya dron hücumu həyata keçirib, doğum evinə zərbə endirilib.

Teleqraf UNİAN-a istinadən xəbər verir ki, Odessa şəhərində və vilayətdə hava həyəcanı yerli vaxtla təxminən saat 00:36-da elan edilib.

Monitorinq kanalları Qara dəniz istiqamətindən çoxlu sayda "shahed" dronunun uçduğunu açıqlayıb. Tezliklə şəhərdə partlayışlar eşidilməyə başlayıb. Dronlar müxtəlif rayonlarda müşahidə edilib, onların yaşayış evlərinin üzərindən uçduğu eşidilib.

Odessa meri Gennadi Truxanov doğum evinin inzibati hissəsinin zədələndiyini təsdiqləyib.

"Xoşbəxtlikdən, ölən və yaralanan yoxdur. Lakin həyatın doğulduğu bir müəssisənin hücuma məruz qalması faktı öz qəddarlığı ilə heyrət doğurur", - o əlavə edib.