BAKI, 9 iyun. TELEQRAF

Amerikalı milyarder və "SpaceX" şirkətinin rəhbəri İlon Maskın atası - Errol Mask Rusiyanın paytaxtı Moskvaya səfərindən sonra şəhərə və ölkəyə heyranlığını gizlətməyib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.

Errol Mask bildirib ki, Moskvaya gəldikdə ilk gördüyü şey tam mənada gözəl sivilizasiya olub.

O, şəhəri Qədim Roma ilə müqayisə edərək bu fikri ifadə edib:

"Bir çox baxımdan bu şəhər dünyanın ən yaxşı paytaxtıdır. Mən, adətən, hər şeyə tənqidi yanaşıram, amma düşünürəm ki, bu, indiyə qədər gördüyüm ən yaxşı ölkələrdən biri ola bilər".

Xatırladaq ki, Errol Mask iyunun 8-də Moskvaya gəlib və səfəri çərçivəsində şəhərin təmizliyinə, infrastrukturuna və genişliyinə xüsusi diqqət yetirdiyini bildirib. Yolların vəziyyəti, şəhərin miqyası və ümumi abadlıq onu təəccübləndirən əsas amillər olub.