BAKI, 1 iyun. TELEQRAF

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayəti ərazisində yerləşən düşərgəsinə "İskəndər" əməliyyat-taktiki raket kompleksi ilə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərbə Ukrayna Silahlı Qüvvələrinin 158-ci və 33-cü mexanikləşdirilmiş briqadalarının çadır düşərgəsinə endirilib.