BAKI, 27 may. TELEQRAF

“Norveç Rusiya sərhədi yaxınlığında hərbi hazırlıqları gücləndirib və Moskva planlaşdırmasında bunu nəzərə alır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Norveçin şimalda, Rusiya sərhədi yaxınlığında hərbi hazırlıqlarını artırdığına dair məlumatlar var. Norveç rəhbərliyinin istənilən addımları və bəyanatları, xüsusən də sərhəd bölgəsində gərginliyin artmasına töhfə verənlər, şübhəsiz ki, hərbi-siyasi planlaşdırmamızda nəzərə alınır”, - diplomat vurğulayıb.

Mariya Zaxarova Rusiyanın digər qonşusu Finlandiya ilə arasındakı gərginliyə də toxunub.

Rusiya rəsmisinin iddiasına görə, Qərb Helsinkini Moskva ilə total qarşıdurmaya sövq edir və bu, birbaşa Finlandiyanın təhlükəsizliyini pozur:

“Çoxlarının nədən bəhs etdiyimizi, Rusiya ilə, ilk növbədə, kollektiv Qərbin onları öz milli maraqları ilə total qarşıdurmaya sövq etdiyini bilmir. Bu addımları ilə milli təhlükəsizliklərini sözün əsl mənasında məhv edirlər”.