BAKI, 26 may. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün, mayın 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN-dən TASS-a məlumat verilib.
Türkiyə xarici işlər nazirinin bu gün Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşü gözlənilir.
Səfər çərçivəsində Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov mayın 27-də Suriya, Ukrayna, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə, regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Həmçinin hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. Türkiyə və Rusiya xarici işlər nazirləri yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər.
Hakan Fidan 26-27 may tarixlərində Rusiyada səfərdə olacaq.