BAKI, 26 may. TELEQRAF

“Avropa Komissiyasının sədri Ursula Fon der Leyen mənə Avropa İttifaqının (Aİ) Rusiya ilə təmasları yeniləmək üçün davam edən işi barədə məlumat verib”.

Teleqraf “Politico”ya istinadla xəbər verir ki, bunu Sloveniya Prezidenti Nataşa Pirs-Musar deyib.

Pirs-Musarın sözlərinə görə, Leyen onunla Brüsseldə söhbəti zamanı bunun üzərində işlədiklərini bildirib.

Aİ hələlik bu məlumatı nəşrə təsdiq etməyib.

Sloveniya Prezidenti hesab edir ki, Moskva ilə birbaşa danışıqların bərpası Avropa üçün zəruridir: “Avropa İttifaqının səhvlərindən biri bizim Rusiya ilə dialoqu dayandırmağımız idi”.