
BAKI, 25 may. TELEQRAF
Rusiya Ukraynanın paytaxtı Kiyevə dronlarla hücum edib.
Teleqraf xəbər verir ki, hücum nəticəsində azı yeddi nəfər xəsarət alıb.
Şəhərin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, şəhər mərkəzindən kənarda yerləşən Qoloseyevski rayonunda beşmərtəbəli tələbə yataqxanasına zərbə endirilməsi nəticəsində yaralanan dörd nəfərə tibbi yardım göstərilib.
Kiyev meri Vitali Kliçko şəhərin digər rayonlarında üç nəfərin xəsarət aldığını açıqlayıb.