BAKI, 24 may. TELEQRAF

“Rusiya yaxın günlərdə münaqişənin həlli ilə bağlı memorandum çərçivəsində öz təkliflərini Ukrayna tərəfinə ötürəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

Kosaçev vurğulayıb ki, məsələ üzərində iş son mərhələdədir:

“Yaxın günlərdə memorandumla bağlı Rusiyanın təklifləri Kiyevə ötürüləcək. Amma dəqiq nə vaxt olacağı müəyyən edilməyib”.

Xatırladaq ki, Ukrayna üzrə sülh müqaviləsinə aparan memorandumdan ilkin olaraq Rusiya Prezidenti Vladimir Putin danışıb. Rusiya lideri bildirib ki, Moskva sənədi Kiyevlə birgə hazırlamağa hazırdır. Putinin mətbuat katibi Dmitri Peskov da Rusiyanın memorandumun öz versiyasını hazırladığını açıqlayıb.