BAKI, 24 may. TELEQRAF
Böyük Britaniya kəşfiyyatı Baş nazir Kir Starmerlə əlaqəsi olan obyektin yandırılmasında Rusiyanın iştirakının olub-olmadığını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadla məlumat yayıb.
Polis bu işdə digər naməlum şəxslərlə əlbir olduqları iddia edilən iki Ukrayna və bir Rumıniya vətəndaşını ittiham edib. Britaniyanın kəşfiyyat xidmətləri Rusiyanın bu üç nəfəri işə götürə biləcəyini araşdırır.
Xatırladaq ki, mayın 12-nə keçən gecə Britaniya baş nazirinin evində yanğın baş verib.
Hadisə şahidləri yanğından əvvəl güclü partlayışın olduğunu bildiriblər. Məlum olub ki, alov evin girişinə ziyan vurub. Yanğın 20 dəqiqə ərzində söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.