BAKI, 23 may. TELEQRAF

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Papa XIV Leonun bu ideyaya maraq göstərdiyini söyləməsindən sonra Rusiya və Ukraynanın danışıqları Vatikanda davam etdirəcəyinə ümid edir. Amma Rusiya Prezidenti Vladimir Putinin danışıqlar üçün Vatikana getməkdə maraqlı deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Rusiya rəsmiləri danışıqlar üçün Vatikan və ya başqa yerə səfər etməyi planlaşdırmırlar və bunun əvəzinə keçən həftə İstanbulda (Türkiyə) başlayan texniki səviyyəli danışıqlara fokuslanıblar.

Mənbə qeyd edir ki, Kreml İstanbulda başlayan danışıqların davam edəcəyini gözləyir.