BAKI, 20 may. TELEQRAF

Bu gün beynəlxalq münasibətlər qeyri-adi vəziyyətlə üzləşib: ABŞ müharibənin əleyhinədir, Avropa ölkələri isə əksinədir.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Bizim sülhsevər prezidentimiz var. Papanın (XIV Leo) inauqurasiya mərasimindən bir gün əvvəl tanış olduğum kardinallardan biri mənə söylədi ki, qeyri-adi vəziyyət yaranıb, indi sülh istəyən bir Amerika prezidenti var, bəzi avropalılar isə daim müharibə ilə bağlı addımlardan danışırlar. Yəni beyinlərindəki dünya alt-üst olub, həmişə bu durum əksinə olurdu”, - dövlət katibi bildirib.