BAKI, 16 may. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın hava hücumunu dəf etmək missiyasını yerinə yetirərkən qırıcıda anormal vəziyyət yaranıb:
“Gecə saatlarında F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcısı hava hücumunu dəf etmək üçün tapşırıqları yerinə yetirərkən göyərtəsində anormal vəziyyət yaranıb. Pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdıra bilib”.
Yerə çırpılan döyüş təyyarəsinin pilotunun sağ olduğu bildirilir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatı təsdiqləyib.
Xatırladaq ki, bu, Ukraynanın ötən ildən bəri itirdiyi üçüncü F-16-dır.