BAKI, 15 may. TELEQRAF

Macarıstan Müdafiə Nazirliyi ölkənin şimal-şərqində Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması barədə sosial şəbəkələrdə yayılan məlumatları rəsmi olaraq təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli "MTI" informasiya agentliyi məlumat yayıb.

Xatırladaq ki, sosial şəbəkələrin Macarıstan seqmentində qırıcı təyyarələrin uçuşunu və yerli sakinlərin təyyarələrin dronu təqib etdiyini iddia edən şərhlərinin yer aldığı kadrlar yayılmışdı.

Macarıstan Müdafiə Nazirliyi məlumatı təkzib edib. Nazirlik “Qripen” qırıcılarının təlim xəbərdarlığı çərçivəsində havaya qaldırıldığını açıqlayıb. Təyyarələr daha sonra hava şəraitinə görə marşrutundan yayınmış “Ventus 2A” planerini müşayiət edib.