BAKI, 26 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Romada amerikalı həmkarı Donald Trampla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Qeyd edilir ki, görüş qısamüddətli olub, Roma Papası Fransiskin dəfn mərasimindən sonra yenidən görüşəcəklər.

Hər iki lider Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliya paytaxtına gəlib.