
BAKI, 26 aprel. TELEQRAF
Roma Papası Fransiskin tabutu Vatikanda Müqəddəs Məryəm Major Bazilikasında dəfn edilib.
Teleqraf xəbər verir ki, vida mərasimi publik olsa da, dəfn mərasimi ictimaiyyətin gözündən uzaqda, özəl şəkildə həyata keçirilib.
Papa ilə rəsmi vida mərasimi İtaliyanın paytaxtı Romada Müqəddəs Pyotr Bazilikasında keçirilmişdi.
***
14:57
Roma Papası Fransiskin cənazəsi İtaliyanın paytaxtı Romada Müqəddəs Pyotr Bazilikasında keçirilən rəsmi vida mərasimdən sonra dəfn üçün Vatikana gətirilib.
Teleqraf xəbər verir ki, papa Müqəddəs Məryəm Major Bazilikasında dəfn olunacaq.
***
14:28
Roma Papası Fransisklə İtaliyanın paytaxtı Romada Müqəddəs Pyotr Bazilikasında keçirilən rəsmi vida mərasimdən sonra cənazə dəfn üçün yola salınıb.
Teleqraf xəbər verir ki, papa Vatikanda Müqəddəs Məryəm Major Bazilikasında dəfn olunacaq.
***
12:08
266-cı Roma Papası Fransisklə rəsmi vida mərasimi başlayıb.
Teleqraf xəbər verir ki, dəfn mərasiminə kardinal kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edir.
Mərasimdə 80 dövlət və hökumət başçısı, eləcə də dini liderlər iştirak edirlər.
***
12:02
Dünya liderləri katolik dünyasının lideri Papa Fransisklə vida mərasimi üçün İtaliyaya gəliblər.
Teleqraf xəbər verir ki, onlar mərasimin keçirildiyi Müqəddəs Pyotr Bazilikasında toplaşmağa başlayıblar.
***
11:08
Mərhum Roma Papası ilə vida mərasiminə hazırlıqlar davam edir.
Teleqraf xəbər verir ki, mərasimin başlamasına dəqiqələr qalmış tədbirin keçiriləcəyi Müqəddəs Pyotr Bazilikasının önündə izdiham yaşanır.
Canlı yayım: