BAKI, 23 aprel. TELEQRAF
"Ukrayna Rusiyanın başlatdığı müharibəyə son qoymaq üçün danışıqlara hazırdır, amma təslim olmağa yox".
Teleqraf xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.
“Rusiyaya yenidən qruplaşmaq və daha böyük amansızlıqla qayıtmaq üçün lazım olan daha güclü təməli verəcək heç bir razılaşma olmamalıdır. Quruda, havada və dənizdə tam atəşkəs ilk zəruri addımdır. Rusiya müvəqqəti fasiləyə üstünlük versə, Ukrayna buna eyni şəkildə cavab verəcək”, - nazir bildirib.
Sviridenkonun sözlərinə görə, Ukrayna sülh adı altında dondurulmuş münaqişəni qəbul edə bilməyəcək, eləcə də Krımın işğalını tanımayacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın tərəflərə Rusiyaya ərazi güzəştlərini ehtiva edən sülh planı təqdim etməsi barədə məlumat yayılıb. Təklifə Krımın Rusiya ərazisi kimi tanınması da daxildir. Ukrayna Prezidenti Volodimir Zelenski bunu qəbul etməyəcəklərini bəyan edib.