BAKI, 22 aprel. TELEQRAF

Vatikan mərhum Papa Fransiskin ilk fotolarını yayımlayıb.

Teleqraf xəbər verir ki, katolik dünyasının dini lideri fotoda açıq tabutda uzanmış vəziyyətdə təsvir olunub.

Yaxın üç gün ərzində papanın cənazəsi xalqla vidalaşmaq üçün Müqəddəs Pyotr Bazilikasında olacaq.

Papa Fransisk aprelin 26-da dəfn ediləcək.