BAKI, 21 aprel. TELEQRAF

Türkiyənin İstanbul şəhər Baş Prokurorluğunun başlatdığı saxta diplom istintaqı çərçivəsində diplomu ləğv edilən bələdiyyə sədri Əkrəm İmamoğlu və 28 nəfər ifadə verməyə çağırılıb.

Teleqraf xəbər verir ki, İmamoğlu ilə eyni vaxtda məzun olan tələbələrlə bağlı siyahı hazırlanıb.

Xatırladaq ki, İstanbul Universiteti fevral ayında bəzi məzunlarının bakalavr diplomunun saxta olduğunu iddia edərək, Baş Prokurorluğun başlatdığı saxta diplom istintaqı çərçivəsində aralarında Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarının ləğv edilməsinə qərar vermişdi.

Əkrəm İmamoğlu mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində həbs olunub. O, korrupsiyada ittiham edilir. Əkrəm İmamoğlu ittihamları qəbul etmir.