BAKI, 20 aprel. TELEQRAF

"Böyük Britaniya qırıcıları Rusiya təyyarələrini izləmək üçün bu həftə iki dəfə Polşanın şimalındakı Malbork Hərbi Hava Qüvvələri bazasından uçuş həyata keçiriblər".

Teleqraf xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirib ki, ilk uçuş aprelin 15-də baş tutub, ikinci uçuş isə ayın 17-də olub. Komandanlıq Baltik dənizi üzərində Rusiyanın "İl-20" təyyarəsini izləmək üçün Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcısı göndərib.