BAKI, 17 aprel. TELEQRAF

Rusiya Pasxa bayramı və ondan sonra Ukrayna ərazisinə yeni zərbələr endirə bilər.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Rusiyanın nəyə hazırlaşdığını bilirik. Xüsusi xidmət və kəşfiyyat orqanlarının məlumatı var. Bu dəfə Pasxa bayramı günü və ondan sonra Rusiyanın yeni zərbələri mümkündür”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiyanın aprelin 13-də Ukraynanın Sumı vilayətinə kütləvi raket zərbələri nəticəsində 30-dan çox dinc sakin həlak olub, 40-dan çox insan yaralanıb.