BAKI, 14 aprel. TELEQRAF

Finlandiyanın paytaxtı Helsinki şəhərinin yeni bələdiyyə sədri Koalisiya Partiyasının namizədi rus əsilli Daniel Sazonov olacaq.

Teleqraf xəbər verir ki, o, dünən keçirilən seçkilərdə qalib gəlib.

Finlandiyanın paytaxtında seçkilərə Koalisiya Partiyası liderlik etdiyi halda, ölkə üzrə hesablamaların nəticələrinə görə, Finlandiya Sosial Demokrat Partiyası seçkilərdə qələbə qazanıb.

Sazonov rus əsillidir, Helsinkidə anadan olsa da, ailəsi 1990-cı illərdə Finlandiyaya köçüb. Doqquz yaşında Finlandiya vətəndaşlığını alıb.

Məlumata görə, 2022-ci ilin yazına qədər Finlandiyada rusdilli auditoriyaya yönəlmiş, hazırda anti-Ukrayna təbliğatı aparan “Fin” qəzetinin köşə yazarı olub. Qeyd edilir ki, Ukraynada müharibə başlayandan bir neçə ay sonra bu nəşr üçün yazmağı dayandırıb. Sonra Rusiyanın təcavüzünü qəti şəkildə pislədiyini, sanksiyaları dəstəklədiyini bəyan edib.