
BAKI, 12 aprel. TELEQRAF
Afinada keçirilən paradda yunan hərbçilərin Türkiyəyə ünvanladığı təhqiramiz şüarlarla bağlı açılan istintaq tamamlanıb.
Teleqraf xəbər verir ki, Türkiyəni təhqir edən Yunanıstan Dəniz Qüvvələrinin üzvlərinin cəzalandırılmasına qərar verilib.
Xatırladaq ki, martın 25-də Afinada keçirilən paradda Yunanıstan Hərbi Dəniz Qüvvələrinin hərbçilərinin səsləndirdiyi təhqiramiz şüarlar Türkiyədə hiddətə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan videoda hərbçilərin “Kipr yunandır” kimi şüarlar səsləndirdiyi və Türkiyəyə qarşı təhqiramiz ifadələr işlətdiyi əks olunub.
Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, parad zamanı Türkiyə əleyhinə şüarlar səsləndirən Hərbi Dəniz Qüvvələrinin tələbələri haqqında başladılan inzibati istintaq tamamlanıb.
Rəsmi paraddakı olaydan sonra Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana xəbərdarlıq etmiş, bu davranışın qəbuledilməz olduğunu bildirmişdi.