BAKI, 11 aprel. TELEQRAF

Rusiyanın Sumı və Xarkov vilayətlərinə hücumlarının hərbi-siyasi məqsədləri var.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O qeyd edib ki, bu bölgələrdə rusların hərbi məqsədi bufer zona yaratmaqdır. Siyasi məqsəd gələcək danışıqlar zamanı daha güclü mövqe əldə etməkdir.

“Siyasi aspekt ondan ibarətdir ki, Sumı vilayəti hücum üçün yeni regiondur. Putinə nəticələr lazımdır, Ukraynada “xüsusi hərbi əməliyyatı” özü üçün faydalı şəkildə tamamlamaq istəyir. Ona görə də Sumı vilayətini də planına qatıb, Xarkovda da təhlükə var. Məqsəd buradan irəliləyərək Dnepropetrovsk vilayətinə daxil olmaqdır. Buranın (Dnepropetrovsk) da öz hədəfləri çərçivəsində yeni bir bölgə olduğunu göstərmək Putinin xoşuna gəlir”, - Romanenko bildirib.