BAKI, 10 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın komandasının gözlənilməzliyi bir mərhələdə Avrasiya regionunda daha genişmiqyaslı eskalasiyaya səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu MDB baş katibi Sergey Lebedev deyib.
“ABŞ prezidentinin komandasının danışıqlar tərzinin xarakterik cəhətləri kimi ortaya çıxan sərtliyi və gözlənilməzliyi nəzərdən qaçırmaq olmaz. Müəyyən şəraitdə belə yanaşma nəinki müsbət tendensiyaları inkar edə, həm də Avrasiya məkanındakı bir çox qeyri-sabitlik nöqtələrində daha genişmiqyaslı eskalasiyaya gətirib çıxara bilər.
Belə qeyri-müəyyən vəziyyətdə sayıqlığı itirməmək və həmfikirlərlə razılaşaraq bütün mümkün ssenarilərə hazır olmaq vacibdir”, - Lebedev əlavə edib.