BAKI, 9 aprel. TELEQRAF

Müxalif Yaşıllar Partiyasından Fransanın Lion şəhərinin bələdiyyə sədri Qreqori Duse dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq saxlanılıb.

Teleqraf xəbər verir ki, o, barəsində açılmış cinayət işi çərçivəsində məhkəməyə çıxarılacaq.

Fransa mətbuatının məlumatına görə, Qreqori Duse dövlət resurslarından şəxsi və ya partiya məqsədləri üçün qeyri-qanuni istifadə etməkdə ittiham olunur.