
BAKI, 7 aprel. TELEQRAF
Almaniya vətəndaşları Rusiya ilə genişmiqyaslı müharibədən qorxurlar.
Teleqraf xəbər verir ki, bu barədə alman nəşri “Focus” yazır.
Nəşr bildirir ki, almanların böyük müharibə təşvişi səbəbindən gündəlik həyatlarına mücərrəd bir qorxu nüfuz edib.
Miriam Redleyn adlı qadın “Focus”a deyib ki, o, müharibə ehtimalına qarşı yataq, konservlər, radio, ehtiyat batareyalar, dərmanlar, nəm salfetlər və isti paltarlardan ibarət ilk yardım dəstini qablaşdırıb.