
BAKI, 7 aprel. TELEQRAF
Qara və Azov dənizlərində Rusiyanın hərbi gəmiləri, Aralıq dənizində isə 3 “Kalibr” daşıyıcısı qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Qara və Azov dənizlərində düşmən gəmiləri yoxdur”, - açıqlamada deyilir.
Məlumata görə, hazırda Aralıq dənizində 3 rus gəmisi, bunlar da cəmi 26 raketdən ibarət “Kalibr” qanadlı raketlərin daşıyıcılarıdır.
Rusiyanın dənizlərdəki gəmilərini Ukraynanın hava hücumu təhlükəsinə görə geri çəkdiyi bildirilir.