BAKI, 23 mart. TELEQRAF

Ukraynadan pilotsuz təyyarələrlə hücumu nəticəsində Həştərxan vilayətində yaşayış binası və avtomobilə ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru İqor Babuşkin məlumat verib.

Onun sözlərinə görə, vilayətdə 20 pilotsuz uçan aparat zərərsizləşdirilib.

Gecə ərzində hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində 59 Ukrayna PUA-sını məhv edib, onların yarısı Rostov vilayəti üzərində vurulub.