BAKI, 20 mart. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Belqorod vilayətində Rusiya ordusunun 3-cü Motoatıcı Diviziyasının bölmələrindən birinin komanda məntəqəsinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qurum bildirib ki, hücum nəticəsində komanda məntəqəsi tamamilə məhv edilib.

Xatırladaq ki, Rusiya tərəfi bundan əvvəl Ukraynanın son 24 saat ərzində 82 PUA və 32 hərbi sursatdan istifadə etməklə, Belqorod vilayətinin 8 rayonuna zərbə endirdiyini açıqlamışdı.