
BAKI, 20 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 82 PUA və 32 hərbi sursatdan istifadə etməklə Belqorod vilayətinin 8 rayonuna hücum edib. İki mülki şəxs yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qubernator vilayətdə çoxsaylı mülki obyektlərə ziyan dəydiyini də açıqlayıb.
Krasnoyarsk vilayətinin ərazisinə 5 sursat və 2 PUA atılıb. Burada da bəzi obyektlərə ziyan dəydiyi bildirilib.