
BAKI, 19 mart. TELEQRAF
Avstriyada mayın 1-dən məktəblərdə birinci sinifdən səkkizinci siniflərə qədər mobil telefonların istifadəsi qadağan ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin yeni təhsil naziri Kristof Viderker bildirib.
“Qadağa səkkizinci sinfə qədər olan şagirdlər üçün qüvvədə olacaq” - nazir deyib.
Viderker bunun ibtidai, orta, xüsusi məktəblər və gimnaziyalara aid ediləcəyini qeyd edib. Eyni zamanda, o əlavə edib ki, təhsil müəssisələri müstəqil şəkildə bəzi istisnalar edə bilərlər.