
BAKI, 15 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski yeni uzaqmənzilli “Neptun” raketinin sınaqdan keçirildiyini və döyüşlərdə uğurla istifadə edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, ölkə başçısı yerli istehsal olan raketin dəqiq olduğunu bildirib.
“Bu gün raket proqramımızla bağlı hesabatlar təqdim edildi. Əhəmiyyətli nəticələr var. Uzaqmənzilli “Neptun” sınaqdan keçirilib və döyüşdə uğurla istifadə edilib. Yeni Ukrayna raketi, dəqiq zərbə... Məsafəsi 1000 kilometrdir. Ukraynanın təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizi davam etdiririk”, - Zelenski qeyd edib.
Yerli mətbuatın yazdığına görə, yeni sistem Ukraynanın “Neptun” raketinin uzaqmənzilli modifikasiyasıdır.