
BAKı, 15 mart. TELEQRAF
Gecə saatlarında Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri ölkənin 6 vilayətində Ukraynanın 126 pilotsuz təyyarəsini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Volqoqrad vilayətində 64, Voronej vilayətində 38, Belqorod vilayətində 14, Rostov vilayətində 2, Bryansk vilayətində 7 və Kursk vilayətində 1 pilotsuz təyyarə vurulub.
Bryansk qubernatoru Vyaçeslav Qladkov bildirib ki, pilotsuz təyyarələrin hücumu nəticəsində regionun müxtəlif ərazilərində bir neçə fərdi evə ziyan dəyib. Voronej vilayətində tələfat və dağıntı yoxdur.
Həmçinin gecə saatlarında Şimali Osetiya, Krım, Rostov və Samara vilayətlərində pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib. “Kommersant” yazır ki, Saratov və Volqoqrad hava limanlarının fəaliyyəti dayandırılıb.