
BAKI, 13 mart. TELEQRAF
“Şimal” qoşun qrupunun komandanlığı Rusiya Prezidenti Vladimir Putinə Kursk vilayətinin ərazisinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi üzrə əməliyyatların yekun mərhələsinə daxil olduqları barədə məlumat verib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Putin Kursk vilayətindəki komanda məntəqələrindən birinə səfəri zamanı “Şimal” qrupunun komandiri və onun müavininin əməliyyatın gedişi, habelə əməliyyatın Kursk vilayətinin ora daxil olmuş silahlılardan (Ukrayna qüvvələri – red.) azad edilməsinin yekun mərhələsinə daxil olması barədə məruzələrini dinləyib”, – Peskov bildirib.