
BAKI, 13 mart. TELEQRAF
Rusiya Ukraynada müharibəni dayandırmaq və ABŞ ilə münasibətləri bərpa etmək üçün sazişin bağlanması ilə bağlı şərtlər siyahısını Vaşinqtona təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Rusiya və Amerika rəsmiləri son üç həftə ərzində üz-üzə və virtual söhbətlər zamanı bu şərtləri müzakirə ediblər.
“Kremlin şərtlər siyahısı genişdir”, - mənbələrdən biri agentliyə deyib.
Şərtlərə əvvələr də bəyan edilmiş Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi, xarici qoşunların Ukrayna ərazisində yerləşdirilməməsinə dair razılaşma və Prezident Vladimir Putinin Krım və Ukraynanın dörd bölgəsinin Rusiyaya məxsus olması iddiasının beynəlxalq səviyyədə tanınması daxildir. Ukraynanın demilitarizasiya və denasifikasiyası ilə bağlı Rusiya liderinin müharibənin əvvəlində irəli sürdüyü şərtlərin də bura daxil olduğu güman edilir. Digər şərtlərin nələrdən ibarət olduğu məlum deyil.
ABŞ Prezidenti Donald Tramp hazırda Putindən 30 günlük atəşkəsə razı olub-olmadığı ilə bağlı cavab gözləyir. Ukrayna Prezidenti Volodimir Zelenski Trampın bu təklifini qəbul etdiyini açıqlayıb.