BAKI, 12 mart. TELEQRAF

Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukrayna və ABŞ nümayəndə heyətləri digər məsələlərlə yanaşı, ərazi güzəştləri məsələsini də müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi hansı ərazi güzəştlərindən söhbət getdiyinin təfərrüatlarını açıqlamayıb.

Rubio həmçinin Rusiyadan 30 günlük atəşkəs təklifi ilə bağlı müsbət cavab alacaqlarına ümid etdiyini bildirib.

ABŞ dövlət katibi Rusiyanı bütün hərbi əməliyyatları dayandırmağa çağırıb.