
BAKI, 11 mart. TELEQRAF
Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərində iştirakdan məhrum edilən Kalin Georgeskunun şikayətini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Digi24” nəşri məlumat yayıb.
Qeyd olunur ki, seçkilərin ləğv edilmiş birinci turunun qalibi 2025-ci ilin mayında Rumıniyada keçiriləcək təkrar prezident seçkilərində iştirak edə bilməyəcək.
Xatırladaq ki, martın 9-da Rumıniya Mərkəzi Seçki Bürosu Georgeskunun prezidentliyə namizədliyini qeydə almayıb.