BAKI, 7 mart. TELEQRAF
ABŞ özü üçün prioritet hesab etdiyi bəzi proseslərə hakim olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak deyib deyib.
“Amerikalılar Ukrayna müharibəsinin başa çatmasını xarici siyasətlərinin prioriteti hesab edir və burada tez nəticələr əldə etmək istəyirlər. Tez nəticə əldə etmək mümkündürmü? Çox güman ki, yox. Bəs bu gün ABŞ ilə əməkdaşlığın tam bərpa olunduğunu deyə bilərikmi? Praktikada bəli”, - Ukrayna rəsmisi bildirib.