BAKI, 7 mart. TELEQRAF
Amerikalı həmkarı Donald Trampla Ağ Evdəki mübahisədən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsindəki reytinqi yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusunun nəticələrində deyilir .
Ukrayna ilə ABŞ arasında münasibətlərin kəskinləşməsinə qədər ukraynalıların 57 faizi Zelenskiyə güvənirdisə, məlum qalmaqallı görüşdən sonra ölkədə ona etimad səviyyəsi 67 faizə yüksəlib.