BAKI, 7 mart. TELEQRAF

Prezident Vladimir Putin və digər Rusiya rəsmiləri gələcək sülh danışıqlarında hər hansı güzəştləri və ya ABŞ, Avropa və ya Ukraynadan gələn bütün sülh təkliflərini qəti şəkildə rədd ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Martın 6-da Putin bildirib ki, Rusiyanın gələcək sülh danışıqlarında heç kimə təslim olmaq və ya hər hansı güzəştə getmək niyyəti yoxdur. O, Rusiyanın gələcək sülh danışıqlarında “öz əraziləri”ni (Ukraynanın işğal edilmiş torpaqları – red.) verməyəcəyini də söyləyib.

Putinin 2025-ci ili “Vətən Müdafiəsi İli” elan edib. ABŞ institutuna görə, bu, Moskvanın bu il Rusiya cəmiyyətinin hərbiləşdirilməsinə üstünlük verdiyini və Ukraynadakı müharibəyə dəstəyin artırılacağını göstərir.

Rusiya xarici işlər naziri Sergey Lavrov da ABŞ müdafiə naziri Pit Heqsetin gələcəkdə sülh sazişi və atəşkəsə nəzarət üçün Avropadan sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi təklifini rədd edib. Lavrov bildirib ki, Rusiya “müharibənin əsas səbəblər”inin aradan qaldırılmasında israrlı olacaq.

“Rusiya rəsmiləri NATO-nun açıq qapı siyasətindən əl çəkməsi və Putinin Ukraynanı işğal etmək qərarında Qərb və Ukraynaya qarşı ittihamlarına haqq qazandırmaq üçün tez-tez “əsas səbəblər” anlayışına müraciət edirlər”, - analitiklər vurğulayırlar.