
BAKI, 7 mart. TELEQRAF
Ukraynanın enerji və qaz infrastrukturu Rusiyanın genişmiqyaslı raket və dron hücumlarına məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın rəsmi dövlət agentliyi "Ukrinform" məlumat yayıb.
"Hadisə yerində hazırda təcili yardım və enerji işçiləri fəaliyyət göstərir. Enerji və qaz təchizatını qaydaya salmaq üçün bütün zəruri tədbirlər görülür", - məlumatda deyilir.