BAKI, 5 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı verdikləri təkliflər ABŞ-yə ziddi olduğu üçün heç kimi maraqlandırmır.

Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkelin keçmiş hərbi müşaviri, general Erix Vad deyib.

“Kobud da olsa, söyləməliyik: Avropanın etdikləri heç kəsi maraqlandırmır. Əgər biz öz sülhməramlı qüvvələrimizə (Ukraynada mümkün atəşkəsə riayət etmək üçün) sahib olmaq istəyiriksə, onları ora göndərməliyik, amma döyüşə bilməyəcəklər”, - general bildirib.

Vad hesab edir ki, Vaşinqtondan Kiyevə hərbi yardımın dayandırılması müharibənin dərhal dayandırılmasının zəruriliyindən xəbər verir. Onun sözlərinə görə, avropalılar bütün resurslarını birləşdirə və Ukraynanı dəstəkləməyə davam edə bilərlər, amma prosesi Rusiyanın məğlubiyyətinə çevirmək mümkün olmayacaq.

General Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması ilə bağlı Almaniya xarici işlər naziri Annalena Berbokun açıqlamasını “reallıqdan uzaq” adlandırıb.

Erix Vadın fikrincə, Avropanın Ukraynanın yeganə dəstəkçisi kimi müharibənin davam etməsinə töhfə verməsi məqsədəuyğun deyil:

“Hesab edirəm ki, müharibədən çıxmalı və atəşkəslə bağlı danışıqlara başlamalıyıq. Bu, avropalıların istəyib-istəməməsindən asılı olmayaraq baş verəcək”.