BAKI, 28 fevral. TELEQRAF
"Rumıniya Ukrayna ərazisinə sülhməramlılar göndərməyəcək".
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya televiziyasının efirində Baş nazir Marsel Çiolaku bildirib.
"Xeyr. Mən sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi ilə razı deyiləm ”, - o, jurnalistin uyğun sualına cavab olaraq deyib.
Çiolaku vurğulayıb ki, prezident səlahiyyətlərini icra edən İlie Bolojan bu qərarı martın 6-da Aİ sammitində açıqlayacaq .